“Vulverhempton”dan yeni transfer
23.01.2021 , 21:59
“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Real Sosyedad”dan Villian Jozeni heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında “Vulverhempton”da çıxış edəcək.
Klub yayda 20 milyon avro ödəyərək, Villian Jozeni transfer etmək hüququna malikdi.