Bundesliqa klubunda yeni müqavilə
09.12.2020 , 16:15
Almaniyanın “Union Berlin” klubunda yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi baş məşqçisi Urs Fişerin müqaviləsinin müddətini artırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Fişer 2018-ci ildən “Union Berlin”i çalışdırır.