Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu Türkiyənin “Adana Demirspor” klubu daha bir yoxlama oyunu keçirib.
Korner.az–ın məlumatına görə, Adana təmsilçisinin rəqibi Bank Asya təmsilçisi "Gaziantep BB" olub.
Qarşılaşma “Adana Demirspor”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin futbolçusu Cavid Hüseynov bu oyunda 45 dəqiqə forma geyinmək şansı qazanıb və fasilədə əvəzlənib.