“Zirə”nin legioneri üçün 61 dəqiqə
13.11.2020 , 16:04
“Zirə”nin hücumçusu Klesio Baukun çıxış etdiyi Mozambik millisi Afrika Millətlər kubokunda növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda qrup mərhələsinin III turunda səfərdə Kamerun yığmasıyla qarşılaşıb və 1:4 hesabə ilə məğlub olub.
Start heyətdə meydana çıxan Bauk 61-ci dəqiqədə əvəzlənib.
Mozambik yığması F qrupunda 4 xalla 2-cidi.