“Qarabağ” “Sumqayıt”la oyun üçün hazırlığa başladı
13.11.2020 , 16:27

“Qarabağ” klubu dünəndən etibarən Premyer Liqanın 10-cu turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlıqlarına başlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Milli komandalarda olan futbolçuların əvəzinə əvəzedici heyətin 9 üzvü məşqlərdə iştirak edir.
“Qarabağ” – “Sumqayıt” matçı noyabrın 21-i “Azersun Arena”da keçiriləcək. Matça saat 16:00-da start veriləcək.
