big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Hollandiyanın “Vitess” klubundan mənə təklif gəldi” – MÜSAHİBƏ

30.12.2012 , 08:30

“İnter”in futbolçusu Abdulla Abatsiyev klubun rəsmi saytına müsahibə verib. Korner.az-ın məlumatına görə, milliləşən rusiyalı legioner klub və yığmadakı işlərindən danışıb.

– Futbola necə gəlmisiniz?
– Vladiqafqazda anadan olmuşam. 8 yaşımda bizim əyalətdə ən yaxşı məktəblərdən biri hesab edilən “Gənc” Uşaq Futbol Məktəbinə yazılmışam. Orada uzun müddət futboldan dərs almışam. Məktəbi təhsil müddətinin bitməsinə 1 il qalmış tərk etmişəm. O zaman Azərbaycanın U-17 milli komandasına yollandım.

– Azərbaycan milli komandasına necə dəvət aldınız?
– O zaman Azərbaycanda ölkə xaricində yaşayan Azərbaycan mənşəli futbolçular axtarırdılar və bu barədə mənə agentim məlumat verdi( Qeyd edək ki, Abdulla Abasiyevin atası azərbaycanlıdır. Biz təklifi məmnuniyyətlə qəbul etdik və mən U-17 komandasının təlim-məşq toplanışı keçirəcəyi Bakıya yollandım. O vaxt bizim qrup üçün Avropa çempionatının təsnifat mərhələsi məhz Azərbaycan paytaxtında keçirilirdi, sonra mən U-19 komandasına dəvət aldım.

– Sonra siz doğma şəhərini bir dəfəlik tərk etdiniz və Azərbaycanın “Sumqayıt” klubuyla müqavilə imzaladınız. Doğma evdən uzaqda yeni həyatın ilk mərhələsinə alışmaq ağır olmadı?
– “Sumqayıt”da keçirdiyim mövsüm mənim üçün çox faydalı alındı. Demək olar ki, bu mərhələ mənim üçün təşəkkül, formalaşma dövrü oldu. “Sumqayıt”da oynadığım zaman 18 yaşım vardı və bu yaşda yaxşı təcrübə qazandım, mürəkkəb qarşılaşmaların dadını hiss etdim. Yeni həyatın ilk mərhələsinə alışmaq o qədər də mürəkkəb olmadı, axı Azərbaycan mənim üçün doğma ölkədir.

– Bu yaxınlarda sizin keçmiş klub yoldaşınız Orxan Əliyev Portuqaliyanın “Porto” komandasında baxışda oldu. Bundan başqa, məlum oldu ki, siz də ötən mövsüm Hollandiyanın klublarından birinə baxışa yollanmısınız. Hansı kluba getdiyini açıqlamağınızı xahiş edirik. Proses necə getdi?
– Bəli, ötən mövsüm Hollandiyanın “Vitess” klubunda baxışda oldum. Bu klubun nümayəndələri bir neçə dəfə oyunlarımızı izləmişdilər və bundan sonra baxışa yollanmağım barədə mənə təklif göndərmişdilər. Məni demək olar 3 gün ərzində Hollandiyaya getməyimə icazə verdilər və bu baxış kifayət qədər sərt vaxt şəraitində keçdi.

– Sonra “İnter”ə keçdiniz. Klubumuza keçidinizi necə xatırlayırsınız?
– Ötən mövsüm başa çatdı. “Sumqayıt”la müqaviləm başa çatırdı və bu klubla müqavilə müddətini uzatmağı planlaşdırmamışdım. Ölkə çempionatı başa çatan kimi, Azərbaycanın gənclərdən ibarət milli komandasının heyətində toplanışa yollandım, sonra bizi səfərdə Norveç və İslandiya klublarıyla matçlar gözləyirdi. Bakıya qayıtdıqdan sonra “İnter”in nümayəndələri mənimlə əlaqə saxladılar və mən kluba keçdim.

– Bildiyimiz qədər digər klublar da sizinlə maraqlanırdı?
– Bəli.

– Bəs nəyə görə məhz “İnter”i seçdiniz?
– Bu klubun yaxşı şəraiti var. “İnter” şəxsi bazasına malikdir, şəxsi stadionu var. Burada futbolçular üçün yaxşı şərait yaradılıb. Mənə də bu lazım idi.

– “İnter”in heyətində artıq bir neçə ay keçirmisiniz. Komandada ilk aylardakı çıxışınızı necə dəyərləndirirsiniz?
– “Sumqayıt”da oynayarkən belə görünə bilər ki, “İnter” kimi Azərbaycan klublarında oynamaq çətindir. Əslində belə komandalarda oynamaq üçün çox çalışmaq və çox işləmək lazımdır. Lakin mənimsəyəndə və alışanda hər şey asan olur. Əvvəllər komandadakı yeni tərəfdaşlarıma baxanda düşünürdüm ki, hətta danışmaq belə çətin olacaq. Ancaq uşaqlar məni dəstəklədilər və kollektivə qəbul etdilər. Buna görə də, onlara təşəkkür edirəm.

– Bir çoxları hesab edirlər ki, “İnter”in uğuru ilk növbədə baş məşqçi Kaxaber Sxadadzenin əməyilə bağlıdır. Bir neçə aydır bu məşqçinin rəhbərliyi altında çalışırsınız. Bu məşqçi sizdə necə təəssürat oyatdı?
– Burada bir neçə ay keçirməyimə baxmayaraq cəsarətlə deyə bilərəm ki, ötən müddət ərzində çox şey öyrəndim. Artıq yavaş-yavaş komandanın oyun tərzinə uyğunlaşıram. Məşqçi mənə çox kömək edir və öyrədir. Elə anlar olur ki, məni tənqid edir, ancaq o, bunu mənim xeyrimə, sonrakı karyera artımım üçün edir.

– Artıq çempionatın ilk hissəsi başa çatdı. “İnter” mövsümün ilk hissəsini birinci yerdə başa vurdu. Sizin zənnincə, komanda 32 turdan sonra da bu yerini qoruyub saxlaya biləcəkmi? Qızıl medallar uğrunda aparılan mübarizədə hansı komandanı “İnter”in əsas rəqibi kimi görürsünüz?
– Düşünürəm ki, bu, bizə müyəssər olacaq. Əgər biz hər oyunda gücümüzü 100 faiz ortaya qoyarıqsa, o zaman məqsədlərimizə nail ola bilərik. Rəqiblər çoxdur. Bütün klublar qızıl medal qazanmaq istəyir, lakin mən “Neftçi”ni qeyd edərdim. Bu komanda böyük potensiala malikdir.

– Xaricdə çıxış etmək məsələsinə qayıdaq. Daha güclü çempionatda çıxış etmək istəyərdiniz?
– Öncə futbolçu kimi formalaşmaq istərdim. İndi özümü tam baş tutmuş futbolçu adlandıra bilmərəm. Bəli, oynayıram, inkişaf edirəm, ancaq mən hələ çox öyrənməliyəm. Mənim yaşımda çox işləmək lazımdır, sonra isə xaricdə çıxış etmək barədə düşünmək olar.

– Siz Azərbaycanın 3 müxtəlif yaş kateqoriyalı milli komandasında çıxış etmisiniz. Yəqin nə vaxtsa əsas milli komandanın heyətində meydançaya çıxmaq barədə düşünmüsünüz?
– Bəli, bu barədə düşünmüşəm. Lakin hazırda bu barədə danışmaq hələ tezdir. Düşünürəm ki, hər bir azərbaycanlı futbolçu nə vaxtsa ölkənin milli komandasının formasını geyinməyi arzulayır.

– Artıq bir neçə gündən sonra Yeni il qədəm qoyur…
– Azərbaycan xalqını qarşıdakı bayramlar münasibətilə təbrik edirəm. Hamıya yaxşı bayramlar və uğurlu il arzulayıram.

Son yazılar

To Top