"Xəzər Lənkəran"ın Moldova klubu "Rapid"lə Antalyada yoxlama matçı keçirəcəyi haqda xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, artıq bu xəbər tam olaraq təsdiqini tapıb. Kişinyov təsmilçisinin rəsmi saytı yanvarın 19-da "Xəzər Lənkəran"la qarşılaşacaqları ilə bağlı məlumat yerləşdirib.
Qeyd edək ki, “Xəzər Lənkəran” Antalyada 20 günlük toplanış keçirəcək. Cənub təmsilçisinin yanvarın 22-də Ukraynanın “Krivbass” və 30-da isə Çexiyanın “Pribram” klubları ilə də qarşılaşacağı gözlənilir. Bundan başqa, 22-30 arası daha bir yoxlama matçının keçirilməsi nəzərdə tutulub.