“Şalke”dən Türkiyə klubuna
15.09.2020 , 18:34
“Kasımpaşa” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Şalke”nin qapıçısı Erdem Canpolatı transfer edib.
19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Erdem, 2015-ci ildən “Şalke”də çıxış edirdi.