big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qapalı görüş baş tutdu

26.12.2012 , 06:24

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və baş katib Elxan Məmmədovun Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçirilib.

Korner.az-ın məlumatına görə, tədbirdə "Simurq"un prezidenti Anar Bəkirov, "İnter" PİK-in prezidenti Georgi Nikolov, "Qarabağ" klubunun direktoru Emrah Çelikel, "Neftçi" Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Xəzər Lənkəran" FK-nın vitse-prezidenti Tuyqun Nadirov, AZAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, "Turan"ın vitse-prezidenti Namiq Məstanov, "Bakı" FK-nın icraçı-direktoru Yaşar Seyidov, "Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və "Kəpəz" PFK-nın vitse-prezidenti Kamran Hüseynov iştirak ediblər. Görüş zamanı ölkəmizdə futbolun inkişafı ilə bağlı müxtəlif məsələlər ətraflı müzakirə olunub. Klub nümayəndələri təklif irəli sürüb ki, uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. 2013-cü ilin mart-aprel ayları ərzində klubların nəzdindəki U-19 komandaları arasında kubok yarışının keçirilməsi barədə razılıq əldə olunub və vurğulanıb ki, bu turnirdə iştirak etmək məcburi deyil. Legionerlərin sifarişi üçün ödənilən vəsait, legioner limiti, eyni zamanda sifariş ərizəsində legioner futbolçuların ümumi limitinin tətbiqi ilə bağlı məsələlərin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunması təklifi səsləndirilib. Müzakirə olunan digər məsələ Topaz Premyer Liqasının keçirilmə sistemi olub və əksər klublar hazırkı "6-lıq" sistemindən razılığını bildirib və təklif olunub ki, növbəti mövsümdən etibarən çempionatın təsnifat mərhələsi qış fasiləsinə qədər başa çatsın. Klub rəhbərlərinə tövsiyə olunub ki, UEFA-nın tələblərinə uyğun olaraq, lisenziyalaşdırma prosesinə, xüsusilə maliyyə meyarı məsələsinə daha diqqət və həssaslıqla yanaşılsın. Klub nümayəndələri görüşün təşkili ilə bağlı PFL və AFFA rəhbərliyinə minnətdarlıq edib. Sonda klublara iştirak etdikləri turnirlərdə uğurlar arzulanıb.

Son yazılar

To Top