big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qüsursuz”

24.12.2012 , 12:36

Heç kəs səhvdən siğortalanmayıb. Həyat davam etdikcə insan övladı da səhv edəcək və etdiyi səhvə "don" geyindirməkdən usanmayacaq. Həyat səhvlər üzərində qurulub və əsas məsələ nəticə çıxartmaqdı. Ancaq bu cümlənin "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevə heç bir aidiyyəti yoxdu. Daha doğrusu, bunu əməlləri və dediyi sözlərlə bir daha isbatlayır Hacıyev.

İlk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan və həmişə iddialı açıqlamaları ilə digər məşqçilərimizə örnək olan Hacıyev son iki üç həftədə heç özünə bənzəmir. Maraqlıdı, hakimliklə bağlı hər zaman az danışan və hakim qərarlarına az etiraz edən “Böyük” artıq Xaqani Məmmədovun hakimlərinin verdiyi qərarlardan bezib. Ancaq bu da Hacıyevə qovulmasına bəraət qazandırmır. Onsuz da Azərbaycan hakimliyinin səviyyəsini hamımız yaxşı bilirik.

Bəs maraqlıdı Böyükağa bəy niyə son həftələr ardıcıl olaraq 2 dəfə tribunaya göndərilməsindən nəticə çıxartmır və ya bu qərarlardan sonra hakimlərə bir daha ona "tribunaya qalx" deməsinə zəmin yaradır?

"Neftçi" – AZAL oyununda yenidən texniki zonadan çıxarılan Hacıyev mətbuat konfransında üsyan etdi. "Zəif" (əslində bu ləqəb Hacıyevdən çox, digər məşqçilərimizə yaraşır) Mitreski və Flavinyoya göstərilən sarı vərəqədən gileyləndi, etiraz etdi, hələ bir əsəbləşdi də. İddia elədi ki, guya bu, təkcə ona qarşı aparılan kampaniyanın bir hissəsidi.

Hacıyev, ola bilsin, özünü ya qüsursuz hesab edir, ya da “qovulanların” cərgəsində tək. Halbuki bu mövsüm Alispahiç də, “Zver”in “bostanına daş atdığı” Sxadadze də eyni aqibətlə üzləşib. Böyükağa bəy də daxil olmaqla, hər üçü oyun boyu hakimlərlə "dil boğaza qoymadıqlarına" görə tribunaya göndəriliblər. Elə isə sual çıxır: kampaniya varmı, həqiqətən?

Suallarla dolu bu məqamda yalnız bir həqiqət var: Böyükağa Hacıyev tribunanı sevir. Sözün hər iki mənasında…

Son yazılar

To Top