big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Tahir Gözəl: “Mən axtardığımı onun şəxsiyyətində tapdım”

24.12.2012 , 10:01

“Mən iddia edirəm ki, heç bir klubun “İmarət” kimi sadiq, qarda-qışda toplaşıb böyük eşqlə dəstək verən, fan-klubu yoxdu. Və mən bununla fəxr edirəm”.
 
Korner.az-ın məlumatına görə, bu sözləri “İmarət” fan-klubunun ilin sonuna həsr olunmuş mükafatlandırma tədbirində “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl bildirib.
 
T.Gözəl qeyd edib ki, bütün dünyada şirkətlər futbol klublarına sponsorluq edirlər ki, prestij, pul qazansınlar. Amma “Azərsun”un “Qarabağ”ı himayyəyə götürməsi bir az fərqlidi: “Bizi təkcə futbol bir araya gətirməyib. Eyni zamanda, 1 milyondan artıq insanın vətənsizliyi, həsrəti, məhəbbəti bir araya gətirib. Və bu, çox mənəvi bir hərəkətdi. Biz həmişə belə toplantılarda bir kəlmə futboldan danışırıqsa, daha çox vətənsiz qalmağımızdan danışırıq. Bu çox gözəl bir şeydi. Bu klubu himayəyə götürəndə ilk məqsəd o olub ki, Qarabağın adını layiqincə daşıyan, mənəviyyatın yüksək həddə olduğu, bir-birinə sıx bağlı insanların toplaşdığı klub yaradaq”.

Klub prezidenti bu arzusuna Qurban Qurbanov komandaya gələndən çatdığını qeyd edib:  “Mən axtardığımı onun şəxsiyyətində tapdım. İnsan gərək bu məsuliyyəti qanında-canında hiss etsin. Çıxıb “Qarabağ”, “Qarabağ” qışqıraq, amma içəridə hərcmərclik, “niyə filan futbolçu gəldi”, “niyə mən oynamadım” kimi söz-söhbətlər olacaqsa… Olmaz. Bizə möhkəm, döyüşkən komanda lazım idi və biz bu komandanı qurmağa nail olduq. Mən həmişə demişəm, Azərbaycanda iki tarixi klub var: “Neftçi” və “Qarabağ”. Mən fəxr edirəm ki, fan-klubumuz da klubumuzun tarixi adına layiqli çıxış edir".

Tahir Gözəl bu mövsüm komandanın qarşısına çempionluq həsrətinə son qoymaq məqsədi qoyduğunu bir daha təkrarlayıb: “Həmişə deyirdim ki, hədəfimiz Avropadı. Amma bu il məqsəd çempionluqdu. Bizim rəhbərlik olaraq üzərimizə düşən odu ki, klub üçün şərait yaradaq. Suraxanıdakı ərazini almaq bizə çox çətin oldu, amma Allaha şükür, ala bildik. Artıq inşaat işlərinə başlamışıq. Bəli, dəstək görürük, ancaq çox vaxt itiririk. “Qarabağ”da bu gün 300 futbolçu oynayır. Onlar üçün şərait yaratmalıyıq və bu mövsüm hədəflərimizdən biri də budu”.

Son yazılar

To Top