Super kubokun keçiriləcəyi vaxt açıqlandı
30.07.2020 , 13:37
İngiltərə Super kubokunun keçiriləcəyi tarix müəyyənləşib.
Korner.az xəbər verir ki, qarşılaşma avqustun 29-da baş tutacaq. Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Həlledici oyunda “Liverpul” ilə Federasiyan kubokunun qalibi qarşılaşacaq.
Finalda “Arsenal” və “Çelsi” üz-üzə gələcək. London derbisinin qalibi “Liverpul”a rəqib olacaq.