“Zirə”nin daha bir rəqibi müəyyənləşdi
11.06.2020 , 15:57
Premyer Liqa hazırlıqlarını davam etdirən “Zirə” daha bir yoxlama oyunu keçirəcək.
Korner.az klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi “Sabah”la qarşılaşacaq. Matç iyun 13-ü saat 19:00-da “Əlincə Arena”da start götürəcək.
Qeyd edək ki, “Zirə” bundan əvvəl yoxlama oyununda “Səbail”lə bərabərə qalıb – 2:2.