Dünən Türkiyə Superliqasında çoxdan gözlənilən derbi, "Qalatasaray" – "Fənərbağça" matçı baş tutdu.
Korner.az-ın məlumatına görə, əzəli rəqiblərin duelindən məğlub ayrılan "Fənərbağça"nın aparıcı simalarından olan Gökhan Gönülün matç sonrası "Qalatasaray"ın baş məşqçisi Fatih Terimlə ortaya çıxan fotosu "sarı lacivərdli" klubun azarkeşləri tərəfindən birmənalı qarşılanmadı.
"Tvitterdən" məsələyə aydınlıq gətirməyə çalışan Gökhan Gönül azarkeşlərə: "Sadəcə Terim məni təsəlli etməyə çalışdı" – deyərək, aydınlıq gətirib.