"Böyük oyun"dan sonra keçirilən mətbuat konfransında qalmaqal düşüb.
Korner.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin oyunsonrası keçirilən mətbuat konfransında "Proloq" qazetinin orta yaşlı əməkdaşı Elşad Səfərli Hacıyevə ünvanladığı "AFFA, PFL nə qədər sizə kömək edəcəksə, siz hər zaman saxtakarlıqla çempion olacaqsız" – fikirlərinə qarşılıq "ağ-qaralar"ın çalışdırıcısı "Siz gözünüzün içinə kimi yalan deyirsiz. Əgər "Neftçi"nin çempion olmasında AFFA və PFL-in rolu varsa, iki balam ölsün".
Bundan sonra söz atışması davam edib. B.Hacıyev həmin jurnalistin konfrans zalından çıxarılmasını istəyib. Bundan sonra həmin şəsx konfrans zalından çıxarılıb.