Sloveniyada çempionatın bərpa tarixi müəyyənləşdi
20.05.2020 , 16:59
Koronavirus pandemiyasına görə dayandırılan Sloveniya çempionatı bərpa olunacaq.
Korner.az xəbər verir ki, federasiyanın yaydığı məlumatda liqanın iyunun 5-dən davam etdiriləcəyini açıqlanıb.
Ölkə kubokunda yarımfinal qarşılaşmaları iyunun 9-10-na, final görüşü isə ayın 24-nə təyin olunub.