Maradonadan koronavirusla mübarizəyə dəstək
10.05.2020 , 18:22
Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradona koronavirusla mübarizəyə dəstək olub.
Korner.az xəbər verir ki, o, 1986-cı ildə keçirilən dünya çempionatındakı formasını satışa çıxarıb.
Əvvəlcə formanın hərraca çıxarılması planlaşdırılsa da, sonradan yardım kampaniyasının ən fəal iştirakçıları arasında oynanılmasına qərar verilib.
Bunun sayəsində 100 kq-dan artıq qida, tibbi maskalar və gigiyena vasitələri toplanılıb. Bunların hamısının Rene Favaloro rayonunun sakinlərinə veriləcəyi bildirilir.