“Yuventus” – “Lion” oyununun vaxtı açıqlandı
10.05.2020 , 10:21
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Yuventus” – “Lion” cavab oyununun vaxtı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, görüş avqustun 7-də keçiriləcək.
Bunu “Lion”un prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlayıb. O, görüşün avqustun 7-də Turində keçiriləcəyəni bildirib. Matça azarkeş buraxılmayacaq.