“Neftçi”nin tarix yazdığı oyun – VİDEO
06.05.2020 , 19:19
“Neftçi” 2012/2013-cü illər mövsümündə səfərdə Kiprin APOEL klubuna 3:1 hesabı ilə qalib gələrək Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bakıdakı ilk matçda heç-heçə qeydə alınsa da, oyunboyu üstünlüyün “ağ-qaralar”ın tərəfində olması azarkeşləri təmsilçimizin cavab görüşündə qələbə qazanaraq tarix yazacağına ümidləndirmişdi. Belə də oldu. “Neftçi” – APOEL 1:1 (23.08.2012).