“Beşiktaş”da ayrılıq
04.05.2020 , 18:26
“Beşiktaş”ın qapıçısı Loris Karius komandadan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Alman qapıçının müqaviləsini birtərəfli ləğv etdiyi və müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıtdığı bildirilir.
Xatırladaq ki, Karius 2018-ci ildə “Liverpul”dan icarə əsasında “Beşiktaş”a keçmişdi.