”Sumqayıt” güclü komandadır.
Korner.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov, Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən AZAL-"Sumqayıt" oyunundan sonra belə deyib.
"Bizimlə oyunları həmişə gərgin mübarizədə keçir. Heç-heçəni yaxşı nəticə saymaq olar. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Müəyyən problemlərimiz var. İlk altılığa düşmək üçün sona qədər mübarizə aparacağıq”.