“Real”da ciddi itki
29.11.2019 , 17:58
“Real” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Rafael Varan sıradan çıxıb.
Fransalı futbolçu UEFA Çempionlar Liqasında PSJ-yə qarşı keçirdikləri oyunda (2:2) zədələnib.
Futbolçunun İspaniya La Liqasının 15-ci turu çərçivəsində baş tutacaq “Alaves”lə oyunda iştirak etməyəcəyi dəqiqdi.