Almaniya Bundesliqasının 11-ci turu çərçivəsində bu gün növbəti oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.
Lider "Bavariya" "Alyans Arena"da "Ayntraxt"ı iki qolla keçib. "Borussiya" (Dortmund) "Auqsburq" səfərində 3 xalı 3 qolla qazanıb. "Şalke" isə geriyə düşdüyü "Verder" matçında 4 dəqiqəyə dönüş edərək qalib gəlib.
"Auqsburq" – "Borussiya" – 1:3
Qollar: Molders, 82, Reus, 9, Levandovski 51, 71
"Bavariya" – "Ayntraxt" – 2:0
Qollar: Riberi, 44, Alaba 76 (pen)
"Fortuna" – "Hoffenhaym" – 1:1
Qollar: Kruse, 4, Jesule 40
"Frayburq" – "Hamburq" – 0:0
"Şalke" – "Verder" – 2:1
Qollar: Neyuştader 60, Draksler 64, Hunt 16