Qurban Berdıyev üzrlü səbəbdən mətbuat konfransında iştirak etmir. O bu barədə əvvəlcədən "Neftçi" tərəfini və UEFA nümayəndəsini məlumatlandırmışdı.
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" – "Rubin" oyunundan sonra keçirilən mətbuat konfransında Kazan klubunun böyük məşqçisi Vitali Kafanov deyib.
Kafanov bildirib ki, iki gündən sonra Rusiya Premyer Liqasında oyunları olduğundan bu gün komandası hesaba oynayırdı: "Çalışırdıq ki, qələbə qazanıb növbəti mərhələ məsələsini həll edək. Birinci oyundan fərqli olaraq, bu dəfə daha çox hücum etməyə çalışan komanda gördük. "Nefçit"nin bütün xətlərində bəyəndiyimiz oyunçular oldu. Amma Araz Abdullayevin oyunu daha yaxşı təsir bağışladı. Çalışacağıq ki, qrupu birinci kimi tamamlayaq".