"Bizim büdcəmiz təxminən 535 000 avrodu. Düzdü meydanda rolu pul oynamır. Buna misal olaraq bizim Avropa Liqasında “Xəzər Lənkəran”la qarşılaşmamızı göstərə bilərəm"
Korner.az-ın məlumatına görə, bu sözləri Estoniyanın “Nomme Kalyu” klubunun prezidenti Kuno Tehva komandasının son mövsümdəki çıxışını dəyərləndirərkən deyib.
Klub başçısı bu yay Avropa Liqasında qarşılaşdıqları "Xəzər Lənkəran” haqda danışarkən daha sonr bunları deyib:
"Xəzər Lənkəran" büdcəsi yəqin ki, bizimkindən 30 dəfə böyükdü. Bu səbəbdən onlar bizi “yeməli” idilər. Amma hər iki oyun bərabər mübarizə şəraitində keçdi. İlk oyunda qeydə alınan 2:2 hesablı nəticədən sonra isə azərbaycanlılar sadəcə şokda idilər. Bəxt bizim tərəfimizdə deyildi. Həm də, "Xəzər Lənkəran" daha təcrübəli futbolçulardan qurulub".