Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Qarabağ"ı məğlub etdi – 2:0.
"Ağ-yaşılların" malili futbolçusu Sadio Tounkara Korner.az-a verdiyi açıqlamada bu qələbənin ardının gələcəyini bildirib:
"Qarabağ"a qarşı layiqli mübarizə apardıq və bunun məntiqi nəticəsi kimi qalib gəldik. Qarşıda hələ gərgin çempionat oyunları var. Bu templə də, davam etməliyik. Mən inanıram ki, bu qələbənin ardı gələcək".