"Vasko de Qama"nın yarımmüdafiəçisi Juninyo Pernambukano "dopinqdə ilişib".
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu "Ponte Preta"yla oyundan sonra dopinq-testdən keçməyib.
37 yaşlı havbek testdən keçmək əvəzinə, birbaşa paltardəyişmə otağına yollanıb. Dopinq qəbul etdiyi təsdiqlənərsə, Braziliya millisinin sabiq üzvü 2 il müddətinə diskvalifikasiya oluna bilər.