Rusiyalı təcrübəli çalışdırıcı Anatoli Bışşovets DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Korner.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Bışovets qarşıdakı oyunun sürprizlərlə dolu olacağını güman etdiyini deyib.
“Azərbaycanla oyunun gedişatı haqda indidən danışmaq çətindi. Biz üstünlüyə malik olub mövqelər üzrə hücum etmək haqda fikirləşməliyik. Meydana həmin gün məhz bu işin öhdəsindən gələ biləcək futbolçular çıxarılmalıdı”.