İngiltərə millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Pol Merson 49 yaşında futbola qayıdıb.
O, Uelsin dördüncü divizion təmsilçisi “Kerau” ilə müqavilə imzalayıb. Merson yeni klubunda ilk oyununa oktyabrın 18-i çıxacaq.
Pol Merson karyerası ərzində “Arsenal”la Kuboklar kuboku, İngiltərə kuboku, Liqa luboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatında iştirak edib. P.Mersonun son klubu “Tamuort” olub. O, 2006-cı ildə futbolçu karyerasını bitirdiyini açıqlamışdı.
