27 yaşında karyerasını başa vurdu
02.11.2023 , 15:15

İngiltərə millisinin saiq üzvü Kin Brayan karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, son olaraq “Vest Bromviç”də çıxış edən 27 yaşlı futbolçu zədə səbəbindən bu qərara gəlib. Belə ki, dizindən ciddi zədə alan müdafiəçiyə həkimlər futbol oynamamağı tövsiyyə edib.
Qeyd edək ki, Brayan “Mançester Siti” və “Şeffild Yunayted” kimi klublarda da top qovub.
