"Qarabağ" "Xəzər-Lənkəran"la oyuna hazırdır.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın XVIII turunda cənub komandasını qəbul edəcək "Qarabağ" hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Ağdam təmsilçisi ilin son məşqini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda reallaşdırıb. 13:00-da başlayan məşq 1 saat davam edib.
Qey edək ki, "Qarabağ" – "Xəzər-Lənkəran" oyunu sabah, dekabrın 20-si 16:00-da baş tutacaq.