Novruzovun komandası doğma meydanda uduzdu – VİDEO
25.05.2020 , 20:36
Estoniya çempionatında III turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” doğma meydanda “Flora” ilə qarşılaşıb və məğlub olub – 2:3.
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, “Narva Trans” 1 xalla 9-cu pillədədi.