Niderland klubu maaşları azaltdı
25.05.2020 , 19:35

“Utrext” futbolçuların məvacibini azaldıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Erediviziya təmsilçisi koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar futbolçulardan maaşlarının azaldılmasına dair razılıq istəyib. Onlar da bu istəyi müsbət qarşılayıblar.
