Slovakiya Bakıya ciddi itki ilə gəldi
10.06.2019 , 10:00

İyunun 11-də millimizlə qarşılaşacaq Slovakiya Bakıya ciddi itki ilə gəlib.
Korner.az-ın məlumatına görə, Praqa “Slaviya”sının şərəfini qoruyan Mrisolav Stox virusa yoluxduğu üçün son anda heyətdən çıxarılıb. Baş məşqçisi Paval Hapal digər oyunçuların da virusa yoluxmaması üçün bu addımı atdıqlarını bildirib.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.
