big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdır” – Elşad Əhmədov

23.01.2019 , 10:59

“Sabah” Antalya toplanışını başa vurdu. Yanvarın 2-dən Türkiyədə olan paytaxt klubu toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınadı. “Sabah” Türkiyənin “Eskişehirspor” (1:0) və Macarıstanın “MTK Budapeşt” (3:1) klublarını məğlub edib, Qazaxıstanın “Tobol” (2:2) və İsveçrənin “Syon” klubunun (4:4) U-21 komandası ilə heç-heçə etdi.

Premyer Liqanın debütantının baş məşqçisi Elşad Əhmədov klubun mətbuat xidmətinə müsahibəsində Antalya toplanışını dəyərləndirib:

– Təlim-məşq toplanışına yanvarın 2-dən başladıq. İlk 10 gün fiziki hazırlıq üzərində çalışdıq. Sonrakı günlərdə isə taktiki-texniki hazırlığa üstünlük verdik. Bu müddətdə 4 yoxlama görüşü keçirdik ki, bunların da 2-də qalib gəlib, 2-dən heç-heçə ilə ayrıldıq. Çox şükür, oyunları zədəsiz başa vurduq.

– Antalyadakı təlim-məşq toplanışından razı qaldız? 

– Bəli, təlim-məşq toplanışından razı qaldım. Futbolçular bu hazırlıqda canla-başla çalışdılar. Yalnız hava ilə bağlı bir az çətinliyimiz oldu. Güclü yağış səbəbindən bir neçə məşqi fitnes zalında keçməli olduq.

– Yoxlama oyunları barədə nə deyə bilərsiz?

– Maraqlı oyunlar oldu. Xüsusilə, 2 və 3-cü oyunlarda rəqibərimizin səviyyəsi daha güclü idi. Həmin qarşılaşmalar komandamın real gücünü görmək baxımından daha əlverişli oldu. Ümumi götürəndə, oyunlarımızdan razı qaldım. Sonuncu, 4:4 hesablı heç-heçə etdiyimiz qarşılaşma da məni razı saldı. Qol buraxsaq da, komandamın 4 qol vurması sevindiricidi. Ümumilikdə, 4 oyuna 10 qol vurduq. Hücum xəttində irəliləyiş olması müsbət məqamdı. Çatışmayan cəhətlərimiz də var. Fasilənin bitməsinə 10 gün qalıb. Bu müddətdə çatışmayan cəhətlərimiz üzərində çalışacağıq.

– Ən razı qaldığınız oyun hansı oldu?

– “MTK Budapeşt”lə oyun məni daha çox razı saldı. Məncə, bu qarşılaşma daha maraqlı alındı. Bundan başqa, “Tobol”la görüşün ilk 60 dəqiqəsində sərgilədiyimiz oyundan da razı qaldım.

– “Sabah” tərəfdarlarına mövsümün ikinci yarısında nə vəd edirsiz?

– Bizim əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdı. Ancaq əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində də daha yüksək pillələrdə yer alaq.

Son yazılar

To Top