big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Əsəbləşmişdim, amma təhqir etmədim” (MÜSAHİBƏ)

06.02.2016 , 07:05

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Rəvan” səfərdə “Neftçi” ilə 1:1-lik heç-heçə edib. “Aslanlar”ın üzvü Novruz Məmmədov matçdan sonra jurnalistlərə müsahibə verib.

– Qələbəni son anda əldən verdiniz. Oyunla bağlı nə deyərdin?

Çətin oyun oldu, matça ciddi hazırlaşmışdıq. Turnir cədvəlinə nəzər salsaq, görərik ki, vəziyyətimiz elə də yaxşı deyil. Xallarımız silinəndən sonra daha da pis vəziyyətdə qaldıq. Əlimizdən gələni edirik ki, bacardığımız qədər xal toplayaq.

– Ötən tur “Xəzər Lənkəran”a qarşı oynamısınız. Rəqibin gücünü az-çox gördün. Səncə, bu komandanı arxada qoya biləcəksiniz?

– Bizim də ilk növbədə fikrimiz budu. Hər oyun mübarizə aparıb xal toplamaq istəyirik ki, onları arxada qoyaq.

-Oyundan öncə “Neftçi” səfərindən 1 xalla dönməyə razı idinizmi?

– Son matçlarda qolları son dəqiqələrdə buraxırıq. 1 xalı fikirləşsək, bəlkə də uduzarıq. Ona görə də qələbəni düşünürük ki, azı heç-heçə edək.

– Meydanda çox aqressiv idin. Hətta epizodların birində komanda yoldaşını da təhqir etdin. Nə baş vermişdi?

– Düzdü, əsəbləşmişdim, amma təhqir etmədim. Sonra üzr istəmişəm. Ola bilər də, oyun ərzində əsəbləşirsən. O da məni söyüb, ola bilər eşidilməyib.

– Bu gün belə bir məlumat yayıldı ki, maliyyə problemlərinə görə “Neftçi” ilə görüşdən sonra digər qarşılaşmalara çıxmayacaqsınız…

– Bu haqda fikirləşmirik. Hazırda məqsədimiz başqadı. Düzdü, maaş almırıq, ancaq avans verilir. Bundan sonra nə olacağını zaman göstərəcək.

– Bu gün maaşlarınız verilməli idi…

– Oyun gününə düşdü deyə, ola bilər, başları qarışıq oldu. Sabahı gözləyirik.

– Maaşlar verilməsə, “Rəvan” mövsümü başa vuracaq?

– Bunu etməliyik. Qarşıda hələ neçə tur var. Meydana çıxıb, oynamasaq, özümüzə ziyan vurmuş olarıq.

– Ötən il “Simurq” futbolçuları maaşlarını ala bilmədiyinə görə, meydançada oturaq aksiya keçirimişdi. Bıçaq sümüyə dirənəndə sizdən də bu cür bir aksiya gözləmək olarmı?

– Aksiya başqa, oynamamaq başqa məsələdi. O qədər də dərinliyə düşməyək. Bəlkə də sabah gətirib pulumuzu verdilər.

Son yazılar

To Top