Əliyevli “Ufa” “Rubin”lə heç-heçəyə razılaşdı
02.07.2020 , 16:13
Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Ufa” da doğma meydanda “Rubin”lə heç-heçəyə razılaşıb – 0:0.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Ufa” hazırda 32 xalla 7-ci pillədə qərarlaşıb.