Kubokun finalının vaxtı açıqlandı
02.07.2020 , 16:40

Portuqaliya kubokunun final matçının vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Final matçı avqustun 1-də Koimbra şəhərində azarkeşsiz keçiriləcək. Həlledici görüşdə “Portu” və “Benfika” üz-üzə gələcək.
“Benfika” və “Portu” arasında keçirilməli olan Super Kubok isə bu mövsüm baş tutmayacaq.
