FİFA referirimiz Əliyar Ağayev Avropa Liqasının oyunlarına təyinat alıb.
Korner.az-ın məlumatına görə, o, Avropa Liqasında III təsnifat mərhələsinin “Vorskla” (Ukrayna) – “Jilina” (Slovakiya) cavab matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Rza Məmmədov köməklik edəcək. Rəhim Həsənov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Vorskla” – “Jilina” oyunu avqustun 6-ı saat 22:00-da başlayacaq.