Əliyev “Ufa”dan ayrıldı – “Neftçi”yə gəlir
27.01.2022 , 16:54
Rusiyanın “Ufa” klubu azərbaycanlı futbolçu Azər Əliyevlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat verib. 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Təcrübəli futbolçu “Ufa”nın heyətində meydana çıxdığı 66 matçda 2 qol vurub.
Azər Əliyev karyerasını “Neftçi”də davam etdirəcəyi gözlənilir.