Əliyevli “Ximki”dən heç-heçə
15.08.2020 , 16:39
Rusiya Premyer Liqasında II turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Kamran Əliyevin çıxış etdiyi “Ximki” səfərdə “Soçi” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.