Futbol

Zurbir “Qarabağ”dan ayrılır?

16.08.2019 , 10:35

Fransanın “Qenqam” klubu “Qarabağ”ın futbolçusu Abdullah Zubiri heyətinə qatmağa çalışır.

Korner.az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.

Xəbərədə bildirilir ki, klub prezidenti artıq Bakıdadı və bu tranfer üçün “Qarabağ”la danışıqlar aparılır. Əgər Ağdam klubu razılaşsa o zaman 27 yaşlı futbolçu karyerasını Fransa çempionatında davam etdirəcək.

Qeyd edək ki, “Qenqam” ötən mövsüm Fransa Liqasında sonuncu yeri tutaraq 2-ci liqaya düşüb.

Xatırladaq ki, Zubir 2018-ci ilin yayında “Lans”dan (Fransa) “Qarabağ”a transfer olunub.

Son yazılar

Yuxarı