Zubir hamını qabaqladı
04.07.2019 , 15:29

Peşəkar Futbol Liqası ötən mövsüm Premyer Liqada ən çox turun oyunçusu seçilən futbolçunun adını açıqlayıb.
Korner.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, InStat Sportun təhlilinə əsasən, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir.
Mərakeş əsilli fransız futbolçu mövsüm ərzində 4 dəfə həftənin ən yaxşısı seçilib.
