Futbol

Zubir 100-ə çatdı

22.02.2021 , 12:14

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”la matç “Qarabağ”ın futbolçusu Abdullah Zubir üçün əlamətdar olub.

29 yaşlı yarımmüdafiəçi yubiley oyununu keçirib. O,  “Qarabağ”ın heyətində 100-cü oyununa çıxıb.

Zubir bu 100 oyunda ümumilikdə 19 qol vurub. Fransalı futbolçu ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) matçda iştirak edib.

Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.

Son yazılar

Yuxarı