Zubir ən yaxşılar arasında
16.02.2024 , 12:03

“Braqs” ilə oyunda iki qol vurub, bir məhsuldar ötürmə edən Abdullah Zubir UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlərin siyahısında yer alıb.
Korner.az-ın məlumatına görə, Ağdam klubunun futbolçusundan başqa siyahida daha 3 futbolçu yer alıb. Bunlar, “Milan”dan Loftus Çik, “Benfika”dan Di Mariya və “Qalatasaray”dan İkardidi.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə məlum olacaq.
