Zubir ən yaxşı seçildi
27.02.2020 , 17:55

Azərbaycan Premyer Liqasında XVIII turun ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, bu, 321 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubirdi.
Fransalı “Sumqayıt”a qarşı görüşdə (1:0) 90 dəqiqə meydanda olub və açar ötürmə ilə yadda qalıb.
