Zubir ən yaxşı seçildi
16.02.2024 , 19:18

“Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasında həftənin oyunçusu seçilib.
Korner.az xəbər verir ki, o, səsvermədə Mauro İkardi (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”) və Anxel Di Mariyanı (“Benfika”) qabaqlayıb.
Zubir “Braqa”ya qarşı keçirilən matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
