big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Zorla yığılan heyət və Kubok əvəzinə çini qab – LAYİHƏ

05.02.2017 , 11:42

Sportfm.az və Korner.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində dördüncü yazısı
 
Əvvəlini oxumaq üçün buraya kliklə: http://korner.az/v3/xeber/37764/

“Birlik Kuboku”nda ilk fiasko
1993-cü ildə ölkəmizdəki daxili vəziyyətə, gedən müharibəyə baxmayaraq, AFFA ikinci çempionatı təşkil etdi. Gələcəkdə “payız-yaz” sisteminə keçməklə əlaqədar olaraq bu çempionat qısa zaman kəsiyində keçirildi. Komandalar iki yarımqrupa bölünərək yarımfinalçıları müəyyənləşdirməli idilər. İkinci mərhələdə isə yarımfinalçılar müxtəlif əyarlı medalların sahiblərini ayırd edəcəkdilər.
İlk çempionatdan sonra Əhməd Ələsgərov komandanı tərk etmək qərarına gəldi. Onun ardınca, “Neftçi”nin çempion heyətini Əsgər Abdullayev, Dmitri Kramarenko, İlham Qəmbərov, İqor Getman və Vladislav Nosenko tərk etdi. Çempionatın gedişində isə “Neftçi” Yunis Hüseynov, Rasim Abuşov və Emin Ağayevi də itirdi. Mövsümə hazırlıq məqsədi ilə komanda şəhidlərin xatirəsinə həsr olunmuş turnirə qatılaraq qalib oldu. Bakılılar final görüşündə “Kəpəz”i məğlub etdi.Yanvarın 25-də “Neftçi” “Birlik kuboku” turnirinə qatılmaqla müstəqil futbolumuzda ilk dəfə olaraq beynəlxalq arenaya çıxdı. Lakin turnirdəki ilk çıxış çox uğursuz alındı. “Neftçi”ni gücləndirmək məqsədilə yığma komandanın bir neçə üzvü heyətə cəlb edildi. Komandadan  Ukraynanın “Krivbass”  klubuna yollanan Vladislav Nosenko belə futbolçulardan biri idi. Ancaq bu eksperimentlər əks-reaksiya verdi və komanda heç cür öz oyununu göstərə bilmədi. Püşkatma nəticəsində “Neftçi” A qrupunda “Spartak”(Moskva) və “Skonto”(Riqa) ilə mübarizə aparmalı oldu.
İlk matçda “Skonto”ya minimal hesabla məğlub olan komanda 2-ci matçında Rusiya təmsilçisinə 0:8 kimi biabırçı hesabla yenilərək turnirlə vidalaşdı. Həmin il məhz Moskva komandası kuboku başı üzərinə qaldırdı.  
Kramarenko dönəmi və Superkubok ideyası
Uğursuz Moskva səfərindən Bakıya qayıdan komanda üzvlərinə Azərbaycan Superkuboku uğrunda görüşə çıxacaqları bildirildi. İlk dəfə belə bir matç keçiriləcəkdi. Əhməd Ələsgərovdan sonra “Neftçi”nin sükanı arxasına keçən, klubun sabiq üzvü Sergey Kramarenko(mövsümün gedişində onu bu vəzifədə Vaqif Sadıqov əvəzlədi) Moskvadakı uğursuzluğu Azərbaycan Superkubokunu qazanaraq unutdurmaq istəyirdi.
Superkubokun keçirilməsi ideyasının müəlliflərindən biri olan Məzahir Süleymanzadəni dinləyək: “İlk Azərbaycan Superkubokunun təsisçisi “Səhər” qəzetidir. Mən həmin vaxt “Səhər” qəzetinin baş redaktoru idim. O zaman tanınmış jurnalist Şakir Yaqubov da “Səhər”də çalışırdı. Superkubok ideyasını da ikimiz irəli sürdük, AFFA, Sumqayıt şəhər rəhbərliyi, AzTV ilə danışıqlar apardıq və bu ideya ərsəyə gəldi”.
Oyun  son ölkə çempionu “Neftçi” və Azərbaycan Kubokunu qazanmış “İnşaatçı” (Bakı) komandaları arasında Sumqayıtda, M.Hüseynzadə adına stadionda keçirildi. Bu barədə də Məzahir bəyin xatirələri var: “Stadion tamaşaçı ilə dolu idi, məşhur idman adamları, Anatoli Banişevski, Tofiq Bəhramov, Eldar Əzimzadə kimi futbol mütəxəssisləri, Fuad Musayev başda olmaqla, bütün AFFA rəhbərliyi Mehdi Hüseyzadə adına stadiona yığışmışdı. Matçın baş hakimi Rüstəm Rəhimov idi”. 
Sumqayıtda hazırlıqsız yaxalanan “Neftçi”
Fevralın 21-də Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda komandalar üz-üzə gəldi. Birinci və hələlik sonuncu dəfə matçda çempionla kubokun sahibi görüşdü. Oyundan öncə favorit hesab olunan “Neftçi” heyətlə bağlı ciddi problem yaşayırdı.
Superkubok matçında 90 dəqiqə meydanda olan Arif  Əsədov belə deyir: “Əsas proseslər oyundan qabaq baş verirdi. Heyətlə bağlı çox ciddi problemlər var idi. Matç çempionatın başlamasına az bir müddət qalmış keçirildi. İlk ölkə çempionatından sonra ağır iqtisadi durumun törətdiyi fəsadlar bizdən də yan ötmədi. Baş məşqçi Sergey Kramarenko müxtəlif variantlar üzərində baş sındırırdı. Komanda tam komplektləşmədiyi üçün görüşə ilk dəqiqələrdən yaxşı başlaya bilmədik. Onlar bizdən daha istəkli idi. Bunun bariz nümunəsi kimi hesabı “İnşaatçı” açdı. Ancaq bizim heyətimizdə sovet futbol məktəbini keçmiş yüksək səviyyəli oyunçular lazımi anda toparlandı və fasiləyə qədər hesabı öz xeyrimizə dəyişdik. “Neftçi”nin həmin görüşdə məğlub olması komandanın nüfuzuna xələl gətirərdi”. 
Ələkbərovun bahalı mükafatı
Matçın qəhrəmanlarından biri olan Samir Ələkbərovun dedikləri çox maraqlıdır: “Güclə 11 nəfər toplaşıb meydana çıxmışdıq. Onda vəziyyət çox ağır idi. Hərə bir tərəfə gedirdi. Yaxşı xatırlayıram, qardaşım Aydına (sabiq laysman Aydın Ələkbərovu nəzərdə tutur – red.) qarşı mübarizə aparmalı oldum. “İnşaatçı” hesabda önə keçdi, bir dəqiqə sonra mən fərqləndim. Sonra astaralı Nurəli (N.Əsədov – red.) vardı bizdə, ikinci qolu o vurdu. Birinci hissədə mən ikinci dəfə qapıçını cəzalandırdım. Sona yaxın Mais (Mais Əzimov – red.) hesabı 4:1 etdi. Çoxları bizdən soruşur ki, kuboka görə nə qədər mükafat aldınız? Nə mükafat, o zaman heç maaşlarımızı əməlli-başlı ala bilmirdik. Mükafat olmadı.
Bircə o yadımda qalıb ki, oyundan sonra o zaman Milli Olimpiya Komitəsinin prezidenti olan Məhəddin Allahverdiyev(yunan-Roma güləşi üzrə üçqat dünya çempionu – red.) mənə bahalı “Adidas” butslar bağışladı”. 
“Biz bunlara necə uduzuruq?”
Sergey Kramarenkonun ən güvəndiyi futbolçulardan biri olan Bəxtiyar Musayev söhbətə Moskva səfərindən başladı: “Birlik kuboku”na hazırlıqsız yola düşdük. “Skonto” ilə görüşdə qol şanslarından yararlana bilmədik. Onları məğlub edə bilərdik. “Spartak” isə çox güclü idi. Ruslarla oyunda sanki nəfəsimiz çatmırdı. Fiziki cəhətdən onlardan çox geri qalırdıq. Onda “Spartak”ın heyətində əla oyunçular var idi. Oradan qayıtdıq, dedilər ki, Superkubok uğrunda oyun olacaq.
Sergey Kramarenko təcili heyətə yeni futbolçular cəlb etdi. Onlardan Nurəli Əsədovu, Zaur Babayevi, Ramazan Ağayevi qeyd edə bilərəm. Vəziyyət də ürəkaçan deyildi. Yadımdadır, “Neftçi”də çıxış edən Ərani Beydiyevin atası komandaya çox kömək edirdi. Sumqayıtda oyun günü hava soyuq idi, ot örtüyü yaxşı deyildi, ajiotaj hiss olunurdu, komanda tam formalaşmamışdı. Matça pis başladıq, biz 3-5-2 sistemi ilə oynayırdıq. “İnşaatçı” hesabı açdı, biz “ayıldıq”. Samir (Samir Ələkbərov – red.) cavab qolunu vurdu. Öz-özümüzə dedik ki, biz bunlara necə uduzuruq? Ardıcıl qollar gəldi. İlk Superkuboku qazandıq”. 
 
Sarı vərəqə ilə cəzalandırılan kapitan 
“Neftçi”nin heyətində Mehdi Hüseyzadə adına stadionda yeganə sarı vərəqə alan Yunis Hüseynov həmin epizodu xatırlamır: “Oyuna komandanı kapitan kimi mən çıxarmışdım. 1989-cu ildən “Neftçi”də bu sarğını mənə etibar etmişdilər. Ancaq sarı vərəqə ilə cəzalandırıldığım epizodu xatırlamıram. Həmin görüşə çox çətin şərtlər altında çıxmışdıq. Moskvadan qayıtmışdıq, “Spartak”a pis uduzmuşduq (0:8 – red.). Klubda vəziyyət yaxşı deyildi. Birinci çempionluqdan sonra futbolçuların əksəriyyəti komandanı tərk etmişdi. Ancaq çıxıb oynadıq. Stadionda boş yer yox idi. “İnşaatçı” yaxşı təsir bağışlayırdı, ancaq biz daha güclü idik. Kapitan kimi kuboku mən qaldırdım. Yaxşı yadımdadır, kubok şüşədən idi”.
Kubokun şüşədən olmasını Məzahir Süleymanzadə belə izah etdi: “Bəli, o zaman mağazalarda kubok satılmırdı. Hazırda “Azərbaycan” qəzetində çalışan, “Səhər”in sabiq işçisi Rizvan Hilaloğlu bu kuboku Bakı Çini Qablar Zavodunda xüsusi olaraq hazırlatdırmışdı”.
Azərbaycanın ilk Superkuboku uğrunda görüşə komandalar meydana bu heyətlərlə çıxmışdı.
“Neftçi”: E.Şükürov, Z.Babayev, R.Ağayev, A.Əsədov, R.Abuşov, M.Əzimov, Y.Hüseynov(kapitan), B.Musayev, Ə.Beydiyev, N.Əsədov, S.Ələkbərov
Baş məşqçi: S.Kramarenko
“İnşaatçı”: F.Əzizov, A.Ələkbərov, Y.Rəhimov(A.İbrahimov,60),V.Ələsgərov, Z.Qədiyev, N.Nuriyev, İ.Əliyev, S.Hüseynov(M.Abdullayev,55), F.Hüseynov, Ş.Cəfərov, İ.Rəhimov, 
Baş məşqçi: M. Məmmədov
Qollar: İ.Əliyev, 18(0:1). S.Ələkbərov, 19(1:1). N.Əsədov, 35(2:1). S.Ələkbərov, 40(3:1). M.Əzimov, 87(4:1).
Vərəqələr: Y.Hüseynov, V.Ələsgərov, Z.Qədiyev – sarı.
Hakimlər: Rüstəm Rəhimov, Nüvər Xasıyev, Orucəli Durmuşov (hamısı Bakı)
AzTV ilə canlı yayımlanan oyunda “Neftçi” 4:1 hesabı ilə qələbə qazanaraq ilk Superkuboku başı üzərinə qaldırdı.
Oyunçulara Superkubokla yanaşı, diplom və medallar verildi. Mükafatları “Səhər”in baş redaktoru M.Süleymanzadə və AFFA-nın baş katibi Tofiq Bəhramov təqdim etdi.
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top