Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış AZAL – “Neftçi” oyunundan (1:2) sonra "təyyarəçilər"in futbolçusu Zohair Benouahi matçla bağlı fikirlərini bildirib.
Korner.az-a açıqlama verən mərakeşli futbolçu "Neftçi" haqda xoş sözlər söyləyib:
"Biz bu oyunda qələbə qazanmaq istəyirdik. Ancaq şanslarımızdan istifadə edə bilmədik. Mən "Neftçi"nin oyununu bəyənirəm. Qarşıdakı oyunlarda ancaq və ancaq qələbə üçün meydana çıxacağıq. Öz oyunumu gəlincə isə həmişəki kimi oynayıram. Buna kənardan baxanlar daha yaxşı qiymət verər".