"Biz bu gün daha güclü oynadıq. Qələbəyə layiq olan tərəf də elə biz idik".
Bu sözləri Korner.az-a açıqlamasında AZAL-ın futbolçusu Zohair Benouahi deyib. "Rəvan"ın da pis təsir bağışlamadığını vurğulayan mərakeşli futbolçu qələbəni bu cür şərh edib:
"Qələbəyə görə çox sevincliyik. Bu oyunda 2 qol vurduğum üçün özümü çox yaxşı hiss edirəm".